NATO-dan Türkiyəyə tam dəstək

Anders foq Rasmussen:“Türkiyəni qorumaq planlarımız hazırdır”

NATO-nun baş katibi Anders Foq Rasmussen alyansa üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısında Türkiyə-Suriya sərhəddində baş verən insidentlərlə bağlı önəmli mesaj verib. Baş katib NATO-nun Türkiyəni müdafiə etmək üçün planların hazır olduğunu bildirib:“Türkiyəni qorumaq və müdafiə etmək üçün bütün planlarımız hazırdır”.