Aqil M. Quliyev 150 min manat borcu qaytarmaq istəmir
Rejissor Aqil M.Quliyev barəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işi açılıb. ANSPRESS-in “Gün.az”a istinadətn yaydığı xəbərə görə, buna səbəb Marianna Turabova adlı vətəndaşdan aldığı 150 min manat borcu geri qaytarmaması olub.
M.Turabovanın müraciəti əsasında Xətai Rayon Məhkəməsində işə baxılıb və borcun qaytarılması barədə qərar qəbul olunub. Borcun verilməməsi səbəbindən Ədliyyə Nazirliyinin İstintaq İdarəsi tərəfindən cinayət işi açılıb.