Oktyabrın 9-u İsveçin paytaxtı Stokholmda fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. 2012-ci ildə bu nominasiyanın qalibləri mərakeşli 68 yaşlı Serj Aroş və 68 yaşlı amerikalı Devid Uaynlend olublar. Onlar eksperimental kvant mexanikasına görə mükafatlandırılıblar.
Serj Aroş və Devid Uaynlend kvant sistemlərinin idarə olunması texnologiyasını yaradıblar. Alimlər kvant mexanikası üzrə eksperimentlər apararaq göstəriblər ki, ayrı-ayrı hissəciklərin vəziyyətini onları dağıtmadan ölçmək olar.
Mükafatların təqdimatı mərasimi 2012-ci il dekabrın 10-da Stokholmda keçiriləcək. Builki mükafatın məbləği 1,2 milyon ABŞ dolları təşkil edir (media forum).