Gürcü liderlərin ibrətamiz görüşü

Saakaşvili və İvanişvili demokratiyanın inkişafı və Gürcüstanın Avropaya inteqrasiyanın vacibliyini vurğulayıblar

Tbilisidə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə parlament seçkilərində qalib gəlmiş “Gürcü Arzusu” müxalifət koalisiyasının lideri, milyarder Bidzina İvanişvili arasında görüş olub. Gürcü mətbuatının yazdığına görə, tərəflər bir-birini gülərüzlə qarşılayıblar. Görüşə təkcə fotomüxbirlər buraxılıb. Mətbuat üçün açıqlama isə daha sonra verilib.

Müxalif lider bildirib ki, biz hamıya mədəni xalq olduğumuzu sübut etməliyik:“Biz opponentlərimizlə demokratik mühitdə yaşaya bilərik. Hamını opponentlərimizə xalqımız, tariximiz və mədəniyyətimiz layiq olduğu kimi davranmağa çağırıram”.

Tərəflər daha sonra görüşdəki müzakirələri haqda danışıblar. Müxalifət lideri xarici siyasət prioritetlərinin Saakaşvilinin xarici siyasət kursuyla eynilik təşkil etdiyini söyləyib. İvanişvili əsas diqqətin Avropaya inteqrasiya, NATO-ya daxil olmaq istiqamətində cəmləndiyini vurğulayıb.

Prezident Mixail Saakaşvil isə öz növbəsində Gürcüstanda icra hakimiyyətinin dəyişdirilməsinin sülh şəraitində baş verəcəyini deyib. Prezident Gürcüstanda demokratrik ənənənlərin möhkəmləndiyi və gələckdə də bu prosesin davamlı olacağını söyləyib.