İcra hakimiyyətinin binası qarşısında orijinal aksiya
Qaradağda yüzə yaxın fəhlə ötən gün rayon icra hakimiyyətinin qarşısında aksiya keçiriblər. Bu barədə “Azadlıq”a məlumatı rayon sakinləri verib. Onların sözlərinə görə, fəhlələrin aksiya keçirməsinə səbəb pullarını ala bilməmələridir: “Yüzə yaxın fəhlə icra hakimiyyətinin qarşısında aksiya keçirdilər.
Icra hakimiyyətinin binasının da yerləşdiyi 28 may küçəsində hərəkət məhdudlaşdırılmışdı. Əraziyə xeyli sayda polis cəlb olunsa da fəhlələri sözügedən ünvandan uzaqlaşdıra bilmədilər. Yeni qüvvənin gəlişiylə fəhlələrə təzyiq edilərək ərazidən kənarlaşdırdılar”.
Etiraz edən fəhlələr Qaradağdan cənub bölgəsinə gedən yolda hasarı tikənlərdir. Məlumatlara görə, onlar bir neçə aydır maaşlarını ala bilmirlər. Bundan başqa, fəhlələrin aksiyası orijinal olub. Belə ki, onlar yerə uzanmaqla etirazlarını bildiriblər.
Ramin DEKO