Respublikaçı namizəd Suriya planlarını açıqlayıb
ABŞ-da 6 noyabrda keçiriləcək prezident seçkilərində Obamanın rəqibi olan republikaçı namizəd Mit Romni seçiləcəyi təqdirdə suriyalı müxalifətçiləri silahlandıracağını deyib. O, Suriya diktatoru Bəşər Əsədin müxalif əsgərlərlə tank, hərbi təyyarələrlə və başqa ağır texnika ilə mübarizə apardığını vurğulayan Romni suriyalı müxalifətçilərin silaha ehtiyacı olduğunu bildirib.
“Əsədin devrilməsi İran üçün strateji məğlubiyyət olduğuna görə, Suriyaya silah göndərir. Biz də beynəlxalq əməkdaşlarımızla birlikdə suriyalı müxalifətçiləri dəstəkləmək və İranı məğlubiyyətə düçür etmək üçün ən az onlar qədər çalışmalıyıq”, – deyə Romni söyləyib.