“Bizim müğənnilərə 1 milyon deyil, 100 min dollar versələr, Cenifer Lopesdən də, Şakiradan da yaxşı performans göstərərlər”. Müğənni İlhamə Qasımova ANS PRESS-ə açıqlamasında belə deyib. Cenifer Lopes və Rihannanın paytaxtımızda yaratdıqları ajiotajdan söz açan müğənni yerli həmkarlarının müdafiəsinə qalxıb. İfaçı dünya ulduzları ilə yerli sənətçilərin göstərdiyi performansı müqayisə edərkən azərbaycanlı sənətçilərin acınacaqlı vəziyyətdə olduğunu dilə gətirib.
“Siz əvvəlcə onların aldığı qonorarla bizim müğənnilərin qazancını müqayisə edin. Xarici müğənnilərin aldığı qonorardan xəbəriniz varmı? Onların bir konsertinə milyonlar verilir və hər şeyin hazırına səhnəyə çıxırlar. Daha bizim müğənnilər kimi öz ciblərinin, dost-tanışının hesabına konsert vermirlər. Ceniferlə Şakira oxumaqdan çox rəqsləri ilə performans göstərirlər. Bizim müğənnilərə çox demirəm, 100 min dollar versələr, Cenifer Lopesdən də, Şakiradan da yaxşı oynayarlar”, – deyə o fikrini tamamlayıb.