Maldivin keçmiş rəhbəri Məhəmməd Naşid məhkəməyə itatətsizlikdə günahlandırılır
Maldivin keçmiş prezidenti Məhəmməd Naşid həbs olunub. Onun həbsinə səbəb Ali Məhkəmə hakiminin qanunsuz həbsinə göstəriş verməsiylə bağlı açılan cinayət işinin istintaqından yayınması və başlanan məhkəmə proseslərinə qatılmaması olub. Rəsmilər eks prezidentin Maldivin paytaxtı Maledən 440 kilometr uzaqlıqdakı Matoda adasında həbs olunduğunu açıqlayıb. Naşid polis müşaiyyəti ilə sabah Hulhumale Sülh Məhkəməsinə çıxarılacaq.
Sülh Məhkəməsi ötən həftə Məhəmməd Naşidin paytaxt Maleni icazəsiz tərk etməməsiylə bağlı xəbərdar etmişdi. Məhkəmə qərarlarına məhəl qoymayan keçmiş prezidentin həbs olunmasında başqa yol qalmayıb. Qeyd edək ki, Maldivdə 2008-ci ildə keçirilən ilk çoxpartiyalı seçkilərdə prezident seçilən Məhəmməd Naşid bir hakimin həbsinə gizli göstəriş verməsiylə başlanan xalq etirazları nəticəsində istefaya getmişdi. Etiraz aksiyaları zamanı ordu və polis prezidentə dəstək verməkdən imtina etmişdi.