Fransa polisi PKK terror təşkilatının Avropadakı lideri və 3 terrorçunu həbs edib. “France-Presse” agentliyinin verdiyi məlumata görə, oktyabrın 6-da Parisdə saxlanılan PKK liderinin adı açıqlanmır.
Həmin gün 1 terrorçu da saxlanılıb. Digər 2 PKK terrorçusu isə oktyabrın 7-də Fransanın şimal-qərbində yaxalanıb. Hazırda Fransa polisi saxlanılanların ölkəyə silah və sursat gətirməyə cəhd göstərib-göstərmədiyini araşdırır.
Qeyd edək ki, iki həftə əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa və Almaniyanı terrorçulara sığınacaq verməkdə günahlandırmışdı (Lent.az).