Pəhan Hüseyn yenidən AXP-nin sədri oldu

Oktyabrın 7-də Müsavat Partiyasının qərargahında Azərbaycan Xalq Partiyasının II qurultayı keçirilib. Qurultayda partiya sədri Qiyas Sadıqovun ötən dövrdəki fəaliyyətlə bağlı hesabatı dinlənilib, yeni sədr seçkisi keçirilib. Pariyanın qurucusu və əvvəlki sədri Pənah Hüseyn yenidən sədr seçilib.

Qurultayda çıxış edən P.Hüseyn AXP-nin ötən dövrdəki fəaliyyətini müsbət qiymətləndirib. “Aktiv siyasi partiyalar, vətəndaş cəmiyyətinin fəalları, ”Yeni Müsavat”, “Azadlıq” kimi müstəqil qəzetlərimiz olmasaydı, Azərbaycan Türkmənistan kimi bir dövlət olacaqdı. 20 ilə yaxındır ki, bu hakimiyyətə müxalif mövqeydəyik. Demokratik düşərgə çox böyük itkilərə məruz qalıb. Amma buna baxmayaraq əldə etdiyimiz nailiyyətlər də böyükdür. Məncə, artıq Azərbaycanda avtoritarizmin sonu çatıb. İndiki hakimiyyət nə edirsə onun əleyhinə işləyir”, – deyə P.Hüseyn ölkədəki vəziyyəti dəyərləndirib.

Qurultayda 18 nəfər Mərkəzi Şura və 5 nəfər MNTK üzvləri seçilib.