Bir neçə rayonda zəlzələ oldu

Oktyabrın 7-də İsmayıllıda 5 bal gücündə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında verilən məlumata görə zəlzələ İsmayıllı rayonun 15 km cənub-şərqində qeydə alınıb.
 
Facebook sosial şəbəkədə istifadəçilər zəlzələnin Qəbələ, Ağsu, İmişli, Şamaxı, Bakı, Sumqayıtda da hiss olunduğunu yazırlar.
Dağıntı və tələfat haqqında məlumat yoxdur.
Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün səhər saat  7 radələrində də Xəzərdə  3 bal gücündə zəlzələ olduğunu bildirib