Həsən Gol Kabani 2 çemodan SD-ni MKİ-yə təhvil verib
Ötən ay BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu- Yorka yollanan İran prezidenti Mahmud Əhmədinejadın nümayəndə heyətinin tərkibində olmuş onun şəxsi operatoru Həsən Gol Kabaninin ABŞ-da qalaraq bu ölkədən sığınacaq istəməsiylə bağlı məlumat yayılmışdı. Bu dəfə isə prezident operatoruyla bağlı növbəti maraqlı xəbər mediada tirajlanıb. İsrail xüsusi-xidmət orqanı “MOSSAD”-a yaxınlığı ilə tanınan “Debka” saytının yazdığına görə, Əhmədinejadın operatoru hələ ötən ildən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən ələ alınıbmış.
Xəbərdə bildirilir ki, İran prezidenti Baş Assambleyanın ötən ilki sessiyasında iştirak edərkən MKİ onun şəxsi operatoru ilə əlaqəyə girib və ələ alıb. MKİ ilə işləmək təklifini qəbul edən opetor aldığı təlimata əsasən bu il Nyu-Yorka gedərkən 1 il ərzində çəkdiyi görüntülərdən ibarət iki çemodan dolu SD-ni də özü ilə aparıb. “Debka” yazır ki, İran nümayəndə heyətinin yüklərində axtarış aparılmadığı üçün operator CD-ləri asanlıqla ölkədən çıxara bilib. Nyu-Yorkda isə MKİ tərəfinə keçərək həmin materialları onlara verib. Operatorun ABŞ- ötürdüyü videogörüntülər arasında prezidentin və dini lider Xamneyinin Natanz, Fordo, Parçin və Əmirabaddakı məxfi nüvə obyektlərinə səfərləri zamanı çəkilən videokadrlar da yer alır. Sayta danışan amerikallı kəşfiyyat mənbələri faktı təsdiqləyərək Əhmədeinejadın şəxsi operatorunun MKİ-yə verdiyi SD-lərdə kifayət qədər mühüm məlumatlar yer alır.