Milli Şura Elçibəyin 80 illiyini məzarı başında qeyd etdi VİDEO

İyunun 24-də Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin doğum günüdür. Bu il Elçibəyin 80 yaşı tamam olur. Onun yubileyi ilə əlaqədar Milli Şura bu gün saat 18.00-da Fəxri Xiyabanda, Elçibəyin məzarı başında anım tədbiri keçirib.

Milli Şura Elçibəyin yubileyini həm də iyunun 23-də S.Bəblulzadə adına mədəniyyət sarayında keçirmək istəyirdi, lakin bununla bağlı onun BŞİH-ə müraciətinə müsbət cavab verilməyib.

Milli Şuranın Fəxri Xiyabanda keçirdiyi anım mərasimindən videonu təqdim edirik: