Әli Kәrimli Tale Bağırzadәni tәbrik etdi

AXCP sәdri Әli Kәrimli siyasi mәhbus Tale Bağırzadәni doğum günü münasibәtilә tәbrik edib.

Tәbrikdә deyilir:

“Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadənin 34 yaşı tamam olur. Hacı Tale artıq 8-ci ad gününü məhbəsdə keçirir. Rejimi sərt tənqid etdiyi üçün şərlənərək həbs olunub. Hökumət ona qarşı “Nardaran təxribatı”nı elə qəddarlıqla həyata keçirmişdi ki, ilk günlər xeyli sadə insan da orada silahlı müqavimət olduğuna inanmışdı. Mən “Naradaran işi” məhkəməsini şəxsən izləmişəm. Həmin məhkəmədə Hacı Talenin deyil, rejimin çoxsaylı cinayətləri ortaya çıxmışdı. Hacı Tale rejimə qarşı sərt çıxışlarına, ədaləti həm də bu dünyada aradığına, inanclı insanları demokratik qüvvələrlə yaxınlaşdırmaq cəhdinə görə həbsdədir.
Hörmətli Hacı Taleni ad günü münasibətilə ürəkdən təbrik edirəm. Tezliklə azadlığa çıxıb, ailəsinə, dostlarına, xalqına qovuşmasını arzulayıram!”

Azadliq.info