Sevinc Tağıyeva və Şövkət Abdullayev Rusiyaya casusluq etidklərinə görə 20 il azadlıqdan məhrum ola bilərlər
ABŞ-da Rusiya lehinə casusluqda şübhəli bilinərədəj saxlanılanlar arasında olan 2 Azərbaycan vətəndaşı barədə yeni məlumatlar yayılıb. ANS-in xüsusi müxbiri Sevinc Osmanqızı ABŞ-da Azərbaycan vətəndaşlarının cəsus kimi saxlanması ilə bağlı məlumatları əldə edib. Müxbirin sözləronə görə, ittiham olunan Azərbaycan vətəndaşları 32 yaşlı Sevinc Tağıyeva və 34 yaşlı Şövkət Abdullayevdir. Sevinc Tağıyeva Hyustonda yerləşən ARK şirkətində satıcı, Şövkət Abdullayev isə sidinq üzrə menecer kimi çalışıb.
Azərbaycan vətəndaşlarına qarşı irəli sürülən ittihamlara görə, hər 2 şəxs qanunsuz mikroprmossesorlu çipləri ABŞ-dan Rusiyaya idxal edib və 2 beynalxaq sənədi pozublar. Çipləri hansı səbəbdən göndərdikləri barədə isə hökümətə yanlış məlumat veriblər. Eyni zamanda onlar ixrac üçün tələb olunan lisenziyanı da almayıblar.
Qeyd edək ki, xaricdən eksport ciddi nəzarət altındadır. Eyni zamnda ARK şirkəti özünü işıqfor istehsal edən şirkət kimi təqdim edib. Şirkətin saytında belə, onların indiyənədək 500 000 000 dollarlıq işıqfor istehsal etdikləri barədə yalan informasiya yerləşdirilib. Şirkətin işi qeyri-qanuni olaraq mikroprossesorlu çipləri ABŞ-dan Rusiyaya ötürmək olub. Rusiyanın xeyrinə casusluqda günahlandırılan azərbaycanlıların məhkəməsi olacaq. Artıq onlar məhkəmədə iştirak etmək üçün Nyu Yorkdan Texasa gətiriliblər. Günahları sübut olunarsa təqsirləndirilənlərin hər birini 20 il müddətinə həbs cəzası gözləyir.