Türkiyənin meqa starı Tarkan Bakıya toya gələcək.
Etibarlı mənbələrdən “Qafqazinfo”ya daxil olan məlumata görə, Tarkan bu ayın sonunda ucarlı iş adamı Mədət Hümmətovun oğlunun toyuna təşrif buyuracaq. Meqa star toy məclisinə həm də şəxsi qonaq kimi dəvət olub. Məlumata görə, o helikopterlə komadası ilə birlikdə Türkiyədən birbaşa Bakıya gələcək. Tarkan toyda bir saata yaxın mahnı ifa edəcək.
Onu da deyək ki, ucarlı işa adamı Mədət Hümmətovun oğlu Famil Hümmətov türkiyəli iş adamının qızı Ayçə Fərahla evlənir.
Qeyd edək ki, Ayçə Fərahın atasının Almaniyada şəxsi zavodlara sahibdir.