Tuyqun Nadirov “Xəzər Lənkəran”ı kimə satıb?

Elçin Cəlilovdan şok yaradacaq ittihamlar

Hakker hücumları nəticəsində fəaliyyətini dayandırmış Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov “facebook” sosial şəbəkəsində ölkə futbolunda sözün həqiqi mənasında şok effekt yaradacaq yazı paylaşıb. Mundial.az idman portalının yazdığına görə, baş redaktor Tuyqun Nadirov onu qərəzli yazmaqda ittiham etməyinə görə üzr istəməsə, saytına olan haker hücumunun onun təlimatlandırmadığına inandırmasa, bu ədavət onunçün baha başa oturacağını bildirib: “Saytımızın fəaliyyətə başlamağını gözləyirik, yarıda qalan yazılarımızı davam etdirib klubun içindən çölə daşıdığı bütün pulları və “informasiyaları” açıqlayacağıq”.
Elçin Cəlilov “2007-ci ildə “Xəzər Lənkəran”ın ölkə çempionu olmağında kimlərin rolu olub” deyə sual edir: “Tuyqun Nadirovun hakimlər və yuxarı dairələrin dəstəyini alması üçün klubdan nə qədər pul qoparmasına və oradan cibinə nə qədər qatlamasına, klubun saxta, pulla çempion edilməsinə dair faktlar və dəlillərlə çıxış edəcəyik. Mətbuat konfransı keçirib bir media orqanını suçlayan Tuyqun Nadirovun “Birlik kuboku”nun qazanılmasında xərclənən pullara, hakim, oyun al-verinə qoyduğu əl, kubokun saxta yolla alınmasında rolu, yenə, klub sahibi Mübariz Mənsimovun klub üçün ayırdığı büdcədən saxta yollarla “qopardığı” yüzminlərlə pulu belə lazımsız yerlərə dağıtmasına aid faktlar açıqlanacaq. Bu faktları konfransda iştirak etmək istəyini bildirən və həmin hadisələrin şəxsən şahidi olmuş bir referi də açıqlayacaq və təsdiqləyəcək. Tuyqun Nadirovun İstanbul ofisinə, Mübariz Mənsimova dediyi yalan məlumatlar bir-bir açıqlanacaq, Mais Mənsimovun xəbəri olmadığı “donos”lardan xəbəri olacaq, Nadirovun yaxın keçmişdə klubu hansı AFFA məmurlarına satdığı, daxildəki çaxnaşmaların ssenarilərini kimlərdən aldığı haqda dəqiq məlumatları biləcəksiz. Məlum 6 xal qamaqalının əslində necə həll olunması, hamının düzəlməyəcəyini düşündüyü bu işin əslində 3 günün içində necə həll olunmağına aid, bu işdə kimin əhəmiyyətli rolunun olmasına, şəxsən mənim bu məsələdə hansı həlledici rol oynamağım açıqlanacaq. hansı ki, məsələ həll olunandan sonra Tuyqun Nadirov mediada özünü qəhrəman kimi təqdim edib bu məsələni həll etmiş şəxs kmi göstərməsi kökündən yanlışdı. Azərbaycan futbolu tarixində FIFA-ya qarşı məhkəmə qərarında qalib gəlmiş ilk klub kimi bir ciddi olayda fərqlənən “Xəzər Lənkəran”ın nailiyyətini öz adına çıxaran Tuyqun Nadirovun əslində sıfır dərəcədə rol oynamadığını və futboldan baş açmadığı üçün ofsaydda qalması və s. faktları açıqlayacağıq. Bu faktlar hələ heç yerdə açıqlanmayıb və siz görəcəksiz ki, müstəqil, özünü sübut etmiş və oxuculara hər kəsin yaza bilmədiyi həqiqətləri yazıb çatdıran bir sayta – “FutbolPress”ə qərəzli deyən şəxs əslində mahiyyətcə kimdi”.