Saatlıda kütləvi “pambıq zəhərlənməsi”

Bu gün, iyunun 11-də Baş Prokurorluq Saatlı rayonunda pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, iyunun 10-da saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini «Kimyəvi dərman zəhərlənməsi» diaqnozu ilə xəstəxanaya gətirilib: ​«Baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan prezidenti İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən, zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb. Zəhərlənmənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, kənd təsərrüfatı, səhiyyə, ekologiya və təbii sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib».

***

Saatlının Smada kəndində MKT ( Mahmud, Kamaləddin, Topal ) şirkətinə məxsus pambıq sahəsində becərmə ilə məşğul olan işçilər arasında kütləvi zəhərlənmə olub. Səbəb, pambıq sahəsinə, Trips ziyanvericisinə qarşı istifadə olunan preparatdır. Bu preparat çilənmiş sahələrə ən azı 10 gün müddətində insanların girməsi qəti qadağandır. Dünən Sabirabadın Moranlı kəndindən gətirilmiş işçilər həmin sahədə becərmə işləri ilə məşqul olub. Nəticədə otuza yaxın işçi arasında kütləvi zəhərlənmə baş verib, Onlardan üçünün vəziyyəti ağır olduğundan Bakı şəhərinə aparılı.

Bu barədə Ziyafət Hüseynli adlı rayon sakini məlumat verib.

Pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən 24 nəfərin tam siyahısını təqdim edirik:

Nadirova Tərbiyyə Əlikişiqızı -1969
Əliyeva Kəmalə Əlikişiqızı – 1974
Adilova Şahnaz Əşrəf qızı – 1983
Adilov Əli Akif oğlu – 2001-ci
Dadaşova Nuridə Əziz qızı – 1999
Dadaşov Baloğlan Əiziz oğlu – 2002
Dadaşova Rəhimə Dədəxan qızı – 1981
Hüseynov Vüsal Azad oğlu – 1977
Bədirova Xalidə Muğdət qızı – 1979
Həsənova Güllü Əlimövsüm qızı – 1985
Sadıqova Aynurə Abdulla qızı – 1996
Həsənova Rəna Teyyub qızı – 1973
Əhmədov Etibar Şücayət oğlu – 1997
Dadaşova Lətafət Umudxan qızı – 1982
Şahbazov Elton Elman oğlu – 2000
Tarverdiyeva Aybəniz Əlkömək qızı – 1990
Xalidov Lətif İbrahim oğlu – 1979
Nəcəfov Eltac Allahverdi oğlu – 1996
Məmmədova Həqiqət Qüdrət qızı -1978
Həsənova Elnarə Eltac qızı – 1986
Qardaşova Gülnarə Möhübət qızı – 1984
Nəcəfova Dilarə Fitatxan qızı – 1969
Sabirabad rayonu Nəsimi kənd sakinləri
Sadıqova Banu Adgözəl qızı – 1984
Tarverdiyev Səfalı Arif oğlu – 1979