Türkiyə Ermənistanı təxribatda ittiham etdi

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanın Xankəndidə aeroport açmasını pisləyən bəyanat verib. Bəyanatda bunun Ermənistan tərəfinin təxribatı olduğu qeyd edilir. Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-in rəsmi saytında yerləşdirilən məlumatda deyilir. Məlumatda bildirilir ki, Xankəndidə aeroport açılması ilə bağlı Ermənistanın qərarı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə zərər gətirir və Ermənistanın açıq təxribatıdır.