“Parlamentdə erməni qarışığı olan 10 deputat var”

«Sənədləri Daxili Işlər Nazirliyinin arxivində dəyişdirirlər»

Azərbaycanda çoxlu sayda erməninin yaşadığı, hətta onların yüksək vəzifələrdə də təmsil olunduğu barədə dəfələrlə yazılıb. Fövqəlnazir Kəmaləddin Heydərova yaxınlığı ilə tanınan politoloq Cümşüd Nuriyevin məsələ ilə bağlı son açıqlaması isə kifayət qədər maraqlıdır. “Bizim Yol”a müsahibəsində C.Nuriyev əvvəlcə Bakıda minlərlə erməninin yaşadığını xatırladıb:
“Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov rəsmən elan etdi ki, Bakıda 32 min erməni yaşayır. Dəfələrlə bunu biz də demişik, ancaq qəbul etməyiblər. Məsələ ondadır ki, onların çoxu artıq azərbaycanlılaşıb – Siyamuşlar Solmaz olub, Haykamışlar Hənifə olub. Erməni qadınlarının ən çox qəbul etdiyi ad Gülzardır. Şəhərin mərkəzində, məsələn mən yaşadığım binada da ermənilər yaşayır. Onlara kimsə bir söz demir. Onların övladları və ya ərləri vəzifədə təmsil olunur, nazir müavini, millət vəkilidir. Mənim tanıdığım belə bir ailə var. Onların iki övladı var ki, onlardan da biri qatı ermənipərəstdir, anası tərəfi daha çox müdafiə edir”.
C.Nuriyev bildirib ki, həmin ermənilər bütün sənədləri dəyişdiriblər, köhnə sənədlərini isə arxivdən götürüblər: “Bunu sübüt etmək istəyəndə isə sənədlər tapılmır, onlar arxivdən götürülüb. Milli Məclisdə bir tərəfi erməni olan – anası, nənəsi və arvadı erməni olanların sayı 10-a qədərdir. Baş nazirin müavinin arvadı da ermənidir. Ancaq bunu danır. Jurnalist Rey Kərimoğlu baş nazirin birinci müavini Yaqub Eyyubovun anasının erməni olması ilə bağlı yazmışdı. Məmur həmin jurnalisti evinə aparıb, analığını göstərib demişdi: bax, gör bu ermənidir. Yəni sübut etmək çətindir. Nə siz başınızı ağrıdın nə də mən, bunu sübüt etmək mümkün olmayacaq. Ermənilərin sənədlərini dəyişdirən şərəfsizlər bir şeyi başa düşməlidirlər ki, Qarabağ probleminin bu günə qədər həll olunmamasının səbəbi məhz vəzifədə olan ermənilərin fəaliyyətinin nəticəsidir”.
C.Nuriyev araşdırma aparmaq üçün arxivdə olduğunu da deyib: “Arxivə vəkil Aslan Ismayılovla birgə daxil olduq. Lakin adlar dəyişdirilmişdi. Oradan bizə dedilər ki, erməniləri müsəlman kimi qeyd ediblər. Azərbaycanlı qadın öləndə yas mərsimində şəkil asmırlar, ermənilər isə asırlar. Ancaq bu sözü dediyimə görə daha asmayacaqlar. Bu faktı nazir müavininin anasının yasında da gördüm, divardan anasının şəkli asılmışdı. Onun erməni olduğunu bilirdim, yas mərasimində bir daha sübut oldu.ÿSənədləri kökündə – Daxili Işlər Nazirliyinin arxivində dəyişdirirlər. Doğum şəhadətnaməsindən başlayaraq hər sənədin qeydiyyatı var bu arxivdə. Vəzifə sahibi olanların 99,99 fazi sənədlərini götürüb. Bəziləri sənədləri itməsi adı ilə, bəziləri isə köhnə şəxsiyyət vəsiqəsini təhvil verməməklə arxivi məhv ediblər. Bunun hamısını edən puldur. Məsələ orasındadır ki, ermənilərin tipologiyasını dəyişdirmək mümkün deyil.ÿ
Sovet dövründə dövlət məmurunun erməni ilə evlənməsi problem deyildi, əksinə qabağa getmək istəyənlər ermənilərlə evlənirdilər. Həmin qadınlar da ona dayaq olurdu. Indi isə onların övladları ana tərəfdən erməni olduqları açıq-aşkar demirlər. Baxmayaraq ki, onlara heç bir təhlükə yoxdur. Rayonlarla birlikdə 42 min erməni yaşayır Azərbaycanda. Bu rəqəm özü göstərir ki, onlar rahat yaşayırlar. Nə qədər ki, bizim dövlət strukturlarında erməniqanlılar çalışır, Dağlıq Qarabağ məsələsini həll edə bilməyəcəyik”.