rusvet-videosu

“… bu İlham Əliyevlik, Mehriban Əliyevalıqdır” (STENOQRAM)

rusvet-videosuElşad Abdullayev “Azadlıq”a yeni video göndәrdi; “mandat bazarlığında” daha kimlərin adı çəkilir?

Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev Gülər Əhmədova ilə söhbətin videoyazısının daha bir fraqmentini yayıb. O, dünən “Azadlıq”a göndərdiyi məktuba sözügedən videogörüntüləri də əlavə edib.

Elşad Abdullayev məktubda yazır:

Hörmətli redaksiya!
Sizə təqdim etdiyim videogörüntüləri ictimailəşdirdiyiniz və bununla əlaqədar yaranmış vəziyyətə obyektiv yanaşmanıza, məlum video ilə bağlı təşkil etdiyiniz müzakirələrə görə qəzetinizə bir daha minnətdarlığımı bildirirəm. Qısaca olaraq, yaranmış vəziyyətə münasibətimi bildirmək istərdim. Gördüyünüz kimi, cəmiyyətdə olan buz tərpənmişdir, bunu problem ətrafında gedən müzakirələr də sübut edir.
Sevindirici haldır ki, dövlət rəsmilərinin də bu məsələ ilə bağlı susuqunluğuna nəhayət, son qoyulmuşdur. Prokurorluq tam əminəm ki, ölkə başçısının müdaxiləsindən sonra cinayət işi başlamış, Gülər Əhmədova deputat mandatından imtina etməyə məcbur olmuş, MSK onun mandatının alınmasını təsdiq etmişdir.
Amma hadisələrin inkişafı mənə belə deməyə əsas verir ki, proseslər yenə də qanun çərçivəsində deyil, siyasi konyuktura müstəvisində cərəyan edir. Prokurorluq hələ ki, cinayət törətmiş və bunun üçün məsuliyyəti cəlb edilməli olan şəxsləri deyil, məni nişan götürmüşdür. Son günlər Baş prokuror Zakir Qaralovun mənim barəmdə səsləndirdiyi fikirlər, ABU-da, mənə və ailə üzvlərimə aid olan evlərdə axtarışların aparılması buna əyani misaldır. Həm baş prokurorun, həm ondan aşağıda və yuxarıda duranların, həm də qəzetiniz vasitəsilə bununla maraqlanan bütün oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, bu yolla məni qorxuda bilməyəcəklər, mən həqiqətin müəyyən edilməsi üçün axıra kimi getməkdə israrlıyam.
Yeri gəlmişkən, qeyd edim ki, Baş prokurorun mənim guya insan alveri ilə məşğul olmağım barədə söylədikləri ağ yalandır, səbəbi də məlumdur. Bununla demək istəyir ki, biz hamımız rüşvət alırıq, ancaq Elşad Abdullayev, hətta insan orqanlarıyla alver edir. Obyektiv istintaq aparılacaqsa, mənim bu məsələyə heç bir qarışacağım olmadığı aşkar olunacaq. Ən azı, ona görə ki, ABU-nun nəzdində olan klinikaya mənim heç bir aidiyyətim olmamışdır.
Bir neçə kəlmə də hörmətli Ramiz Mehdiyevin video qalmaqalla bağlı söylədiklərinə cavab vermək istərdim. Əgər düz başa düşmüşəmsə, cənab Mehdiyev məni və Gülər Əhmədovanı dələduz adlandırıb. Əvvəla, xahiş edərdim ki, hörmətli Mehdiyev izah etsin ki, əgər Gülər Əhmədova məni aldadıb pulu onun adından alırdısa, onun bundan xəbəri yox idisə, aldanmış şəxs kimi mən niyə dələduz oluram? Ikincisi, Azərbaycan reallığından məlumatı olan hər kəsə, o cümlədən mənə aydındır ki, Gülər Əhmədova məni deputat “seçdirə” bilməzdi. O, məni inandırmışdı ki, pulu Ramiz müəllimə verəcək. Dediklərimi sübut etmək üçün Gülər Əhmədovayla danışığımızdan daha bir fraqmenti sizə göndərməklə onu yaymağınızı xahiş edirəm.
Son olaraq bir daha bildirirəm ki, mən video görüntülərin və audio yazıların indi yayılmasının əleyhinəyəm. Yenə də inanmaq istəyirəm ki, prezident Ilham Əliyev ona ünvanladığım müraciəti nəzərə alaraq iş üzrə müstəqil istintaq komissiyası yaradılmasına göstəriş verəcək. O zaman mən əlimdə olan bütün materialları KIV-ə yox, məhz həmin komissiyaya təqdim edəcəyəm.

Elşad Abdullayevin yaydığı kadrlardakı söhbətin stenoqramını nəzərinizə çatdırırıq:

Elşad Abdullayev:
– …Hacı Məmmədov tutulandan bir-iki gün sonra özü təsdiqləyib.

Gülər Əhmədova:
– Sizin bu kağızınız başdan-ayağa cinayətdir.

Elşad Abdullayev:
– Notariusun təsdiq var da.

Gülər Əhmədova:
– Notariusun təsdiqi olsa da… Siz özünüzdə rüşvət verən tərəf kimi məsuliyyət daşıyırsınız.

Elşad Abdullayev:
– Qardaşımızın xətri üçün eləmişik.

Gülər Əhmədova:
– Nə dəxli var? Deyəcəklər ki, hüquq-mühafizə orqanlarına niyə müraciət etməmisiniz?

Elşad Abdullayev:
– Mən hüquqşünasam.

Gülər Əhmədova:
– Ehtiyatlı olun belə şeylərlə.

Elşad Abdullayev:
– Azərbaycan gerçəkliyində hər şey mümkündür.

Otağa Sevinc Babayeva daxil olur.

Elşad Abdullayev:
– Sevinc xanım necəsiniz? Nə var nə yox?

Gülər Əhmədova:
– Mən ANS-in qabağında maşından düşəndə sənə nə dedim?

Sevinc Babayeva:
– Birinci, beş deyilmişdi.

Elşad Abdullayev telefona baxır:
– Düzdü? Mənə də beş demişdi, mən də beş verdim də.

Sevinc Babayeva:
– Hə, düzdür. Dedilər ki, gecikdiyinə görə beş də verməlisən üstündə. Mən də fikirləşdim ki, komissiya ilə bir yerdə… Okazıvaetsa (sən demə) elə deyilmiş. Beş də vermək lazımdır. Vsyo (qurtardı).

Gülər Əhmədova:
– ANS-in qabağında maşından düşəndə…

Sevinc Babayeva:
– Düzdür, dedi ki, çox gecdir.

Gülər Əhmədova:
– Dedim ki, danışın, razıdırsa mənə deyin. Razı deyilsə…

Sevinc Babayeva:
– Uje (artıq) gecikib. Çox gecikdiyinə görə, 5 gün qaldığına görə məsələ bu yerdədir.

Gülər Əhmədova:
– Sənə dedim, demədim belə?

Sevinc Babayeva:
– Da, da, da, patom ya tebya skazala on dayot, vzyat? Tı skazala polovinu vozmi, polovinu patom (Sonra mən sənə dedim ki, o verir, götürüm? Sən dedik ki, yarısını götür, yarısını sonra)

Gülər Əhmədova:
– Sonra universitetlə bağlı sənə nə dedim? Dedim ki, mənə zəng oldu, dedilər ki, Aqillə işləyir. Sən də dedin ki, narahat olma, mənimlə işləyir.

Sevinc Babayeva:
– Vsyo pravilno.

Elşad Abdullayev:
– Özü mənə desə ki, Elşad müəllim gəl işlə, “pojalusta”, işləyərəm.

Gülər Əhmədova:
– Elşad müəllim özü sizə heç nə deməyəcək.

Gülər Əhmədova Sevinc Babayevaya üzünü tutaraq:
– Etot razqovor mne sovsem ne nravitsa (Bu söhbət qətiyyən xoşuma gəlmir).

Sevinc Babayeva:
– Zaçem ne nravitsa? Posle vıborov vsyo reşim… (Niyə xoşuna gəlmir? Seçkidən sonra hər şeyi həll edərik).

Gülər Əhmədova:
– “Posle vıborov vsyo reşim” məsələsi deyil. Yesli indi nəyisə danışırıqsa… Sən mənim xasiyyətimi bilirsən. Mən bir dəfə söz danışıram.

Sevinc Babayeva:
– Naşot polovina da tı qovoriş? (Yarısını nəzərdə tutursan da, hə?)

Gülər Əhmədova:
– “Polovinanı” qoyaq bir tərəfə. Universitetlə bağlı sənə dedim ki, bu adam səhər gəlib deyər ki, Məleykəylə işləyirəm, filankəslə işləyirəm, peşmankəslə işləyirəm… Eto ne pravilna (Bu, düz deyil).

Sevinc Babayeva:
– Da, ya ponila (Hə, mən başa düşdüm).

Gülər Əhmədova:
– Mən sənə əvvəldən dedim ki, bu adamın işlərini əgər birbaşa görürüksə, görürük. Gürmürüksə… Aqil, Məleykə, Həsən, Hüseyn…

Sevinc Babayeva:
– Yox. Onların heç biri yoxdu.

Gülər Əhmədova:
– Yoxdular, yoxdular. Bəs indi görürsən? Bu adam deyir danışıb onunla. Ondan sonra çağırdılar dedilər, geri götür.

Sevinc Babayeva:
– Bəli, bəli. Dedilər.

Gülər Əhmədova:
– Sonra sən gəldin mənə ki, “mən ölüm, sən ölüm, qurban olum, delay”. Oldu bu söhbət?

Sevinc Babayeva:
– Vsyo pravilno (Hər şey düzdür).

Gülər Əhmədova:
– Lap əvvəldən sənə demişdim ki, gəlib mənimlə görüşsün. Dedin ki, yox görüşmür, başqa adamla işləyir. Oldu bu söhbət?

Sevinc Babayeva:
– Da, da..

Gülər Əhmədova:
– Sonra gəlib dedin ki, düzəlt, alınmır. Bu sözü mənə dedin?

Sevinc Babayeva:
– Düzdür.

Gülər Əhmədova:
– Iki gün vaxt istədim?

Sevinc Babayeva:
– Da (bəli).

Gülər Əhmədova:
– Iki gündə getdim həll elədim. Mən olan şeylərdən danışıram. Bunlar hamısı olub?

Sevinc Babayeva:
– Bəli, bəli.

Gülər Əhmədova:
– Indi “özü çağırsın desin” nə deməkdir? Özü çağırıb danışıb da. Onda mən gedib xahiş etməzdim ki… Mən niyə lazım idim ki? Xahişinizi mən eləmişəm də. Mən sizə zamin durmuşam.

Sevinc Babayeva:
– Bunu qurtaraq, keçək o biri məsələyə.

Gülər Əhmədova:
– Seva, qurtaraq, qurtaraq, yox. Qurtarırıqsa, birdəfəlik qurtarırıq. Səhər Elşad müəllim gələcək mənə deyəcəksə ki, mən Maleykəylə işləyirəm, filankəslə işləyirəm, behmankəslə işləyirəm, belə söhbət olmur.

Sevinc Babayeva əlini Elşad Abdullayevə tərəf uzadaraq:
– Heç kimlə işləmir bu.

Elşad Abdullayev müdaxilə etmək istəyir.

Gülər Əhmədova:
– Bir dəqiqə, Elşad müəllim, qoy bir dəqiqə bununla danışım.

Elşad Abdullayev:
– Can yiyəsi mənəm. Bir dəqiqə qoy yanımda otursun (Sevinc Babayevanı nəzərdə tutur. Sevinc Babayeva stulunu çəkib Elşad Abdullayevin yanında oturur).

Gülər Əhmədova:
– Yanındadır elə.

Elşad Abdullayev (bu yerdə zarafatlaşır):
– Bu sənin qızın olanda, sən də olursan qaynana. Belə qaynana olar? Üzük almamışam alacam (gülürlər). Gülər xanım, burada məsələ belədir ki, deputatlıqla bağlı dediniz 500 verin. Verdim. Indi deyirsiniz ki, vəziyyət belədir.

Gülər Əhmədova:
– Xeyr. Mən danışmağa gedəndə, ANS-in qabağında siz gəlib oturdunuz maşına, mən sizdən qabaq oturmuşdum. Mən Sevaya demişdim.

Elşad Abdullayev:
– Mənə deyilən sözü deyirəm.

Sevinc Babayeva:
– Əvvəlcə düzdür, beş deyilmişdi. Indi beş də vermək lazımdır.

Gülər Əhmədova:
– Seva, lap əvvəldən sən birinci gəlib deyəndə mən dedim ki, gəlsin mənimlə görüşsün. Beş onda danışmışdıq, düzdür? Toqda tolko naçinalos (Onda hələ başlayırdı).

Sevinc Babayeva:
– Da.

Gülər Əhmədova:
– Toqda reşeniye ne bılo. Hansı dairədən kim qalacaq, bilinmirdi. Düzdür?

Sevinc Babayeva:
– Düzdür.

Gülər Əhmədova:
– Sən mənə nə dedin?

Sevinc Babayeva:
– Dedim ki, lazım deyil. Başqa adamla işləyir.

Elşad Abdullayev müdaxilə edir:
– Gülər xanım, ay Gülər xanım.

Gülər Əhmədova üzünü Elşad Abdullayevə tutaraq:
– Qardaşımsan, bir dəqiqə qulaq as. Xahiş edirəm (üzünü Sevinc Babayevaya tutur). Nə dedin?

Sevinc Babayeva:
– Dedim ki, başqa adamla işləyəcək.

Gülər Əhmədova:
– Sağollaşdıqmı səninlə?

Sevinc Babayeva:
– Bəli.

Gülər Əhmədova:
– Başqa bir şey demədim?

Sevinc Babayeva:
– Yox.

Gülər Əhmədova:
– Sonra neylədin? Bir də bu barədə gəlmişdin. Neçə gün qalmışdı?

Sevinc Babayeva:
– 9 gün.

Gülər Əhmədova:
– 9 gün. Sənə dedim ki, gəlib mənimlə görüşsün, onun özüylə danışmamış gedib heç bir şey danışa bilmərəm?

Sevinc Babayeva:
– Pravilno, pravilno… (Düzdür).

Gülər Əhmədova:
– Gəldi ofisə, 3-4 dənə sual vardı, onları verdim. Dedim kimlə işləyirsiniz, universitet-filan, beşməkan. Burada belə deyil e. Biz səni deputat keçirtdik, səhər get, nə istəyirsən elə. Bu şeyi biz Musada, Alqışda gördük. Musanı, Alqışı deputat keçirtdik, getdilər başladılar biri Əli Insanovla işləməyə, biri Hacıbalayla… Bu dəfə daha keçmir.

Sevinc Babayeva:
– Elşad müəllim, sən bilirsən ki, Ramiz müəlimlə getdinsə, Ramiz müəlimlə də işləməlisən.

Gülər Əhmədova:
– Bu başağrısı nəyə lazımdır ki?

Elşad Abdullayev:
– Ay Gülər xanım…

Gülər Əhmədova üzünü Elşad Abdullayevə tutaraq:
– Bir dəqiqə, qardaşımsan.

Gülər Əhmədova yenidən Sevinc Babayevayla söhbətə başlayır:
– Əvvəldən işi konkret qoymaq lazımdır. Bildin? Bir dəfə bilmək lazımdır: sən mənimləsən, yoxsa mənimlə deyilsən.

Sevinc Babayeva:
– Da.

Gülər Əhmədova:
– Bildin? Adamlar var, Fərhadın adamıdır. Konkret bilirlər ki, bu, Fərhadın siyahısıdır, bu Əli Insanovun siyahısıdır. Bilirlər ki, bu, Kəmaləddin Heydərovluqdur, bu Ramiz Mehdiyevlikdir, bu Ilham Əliyevlikdir, bu Mehriban Əliyevalıqdır. Düzdür, yoxsa yox?

Sevinc Babayeva:
– Düzdür.

Gülər Əhmədova:
– Belədir, yoxsa yox.

Sevinc Babayeva:
– Belədir.

Gülər Əhmədova:
– Bəlkə səhv danışıram.

Sevinc Babayeva:
– Yox, yox, yox…

Gülər Əhmədova:
– Mən bu gün gör nə deyirəm. Əgər siz bizimlə işləyirsinizsə, konkert…

Ramin DEKO