Turqut Özal yenidən dəfn olundu

Eksqumasiyanın nəticələri isə 1-2 aydan sona bilinəcək

Ölüm səbəblərinin araşdırılması üçün meyiti eksqumasiya olunan Türkiyənin 8-ci prezidenti Turqut Özal yenidən torpağa tapşırılıb. Türkiyə mətbuatının istinadla verdiyi məlumata görə, səkkizinci prezident Topkapıdakı məzarında dəfn edilib. Onun tabutu türk bayrağına sarılı olub.

Mərasimə Türkiyənin Avropa Birliyi naziri və Baş müşavir Egemen Bağış, Turqut Özalın həyat yoldaşı Semra Özal, oğlu Ahmet Özal və qızı Zeynəb Özal da qatılıb.
Mərhum prezidentin oğlu Ahmet Özal çox təmiz iş görüldüyünü və bu hadisənin birdə Türkiyədə təkrarlanmasının arzu etmədiyini bildirib.

Mətbuat nümayəndələri isə məzarın yaxınlığına buraxılmayıblar. Qeyd edək ki, oktyabrın 2-də məzardan çıxarılan Özalın nəşi sadəcə 5 nəfərin girə bildiyi xüsusi bir otaqda saxlanılıb. Bu müddət ərzində toksikoloji və kimyəvi araşdırmalar üçün mərhum prezidentin bədənindən və daxili orqanlarından nümunələr götürülüb. Nəticələrin 1-2 aya açıqlanacağı gözlənilir.