İstanbulda İran konsulluğuna hücum

İranlı mühacir Tehran rejiminin xarici siyasətinə etirazını bildirib

Türkiyənin İstanbul şəhərində İran konsulluğuna hücum olub. Konsulluq binası molotof kokteyli ilə hücuma məruz qalıb. Binaya yandırıcı maddə dolu şüşəni atan şəxsin İran əsilli olduğu bildirilir. Cavad Bishetab adlı iranlı İranın xarici siyasətinə etiraz olaraq bu addımı atdığı xəbər verilir.

Hücum nəticəsində konsulluğun viza şöbəsinin giriş qapısını yararsız hala düşüb. Saxlanılan şəxsin mart ayında Ankarada İran səfirliyinə molotof kokteyli ilə hücum edən şəxs olduğu və 10 il əvvəl İrandan sürgün edildiyi məlum olub.