KXCP-də baş verənlər nədir?

KXCP-yə qarşı hücummu?

Aydın Şükürov

Hücumlar KXCP-yə qarşıdır deməzdim və burda hücum da görmürəm. KXCP-nin daxilində narahatlığın olmasına heç kim şübhə etmir. Sadəcə olaraq KXCP-nin taleyindən narahat olan insanlarımız danışmağa başlayıblar. Partiya daxilində dözümsüz şəraitə, baş verənlərə iradlarını bildirirlər. ÑKXCP-də baş verənlər, Mirmahmud Mirəlioğlunun şəxsi ilə bağlıdır.
Mətbuatı izləyirəm və narahatam. Mənim üçün KXCP-də tanıdığım, doğma olan, dəyərli insanlar çoxdur. Bu insanlar Milli Demokratik düşüncə sahibləridir. Səslənən ittihamlar, Mirmahmud bəyin şəxsinə qarşı deyil, onun idarəetmə üsuluna qarşıdır. Baş verənləri, “KXCP-yə qarşı yönəlib” kimi qələmə vermək cəhdi kökündən yanlışdır. Partiyadaxili idarəetmədə olan qüsurların deyilməsinə və buna tənqidi yanaşmaya, “Bu, KXCP-yə qarşı hücumdur” kimi qələmə vermək məntiqsizlikdir. Etirazlar, müavinlər səviyyəsində başlayıbsa, bu, partiyadaxili idarəetmədə qüsurların olmasının təzahürüdür.
Rəhmətlik Elçibəydən sonra, həmişə narazılıqlar olub. Partiyanın kursunun Rəsulzadə-Elçibəy ideoloji-siyasi xəttinindən sapmalara görə 2002-ci ildə də “Rəsulzadə-Elçibəy” fraksiyası yaranmışdı. Bu fraksiyanı Azərbaycanda sayılıb-seçilən ziyalılar, siyasət adamları yaratmışdı. O zaman da, partiyadaxili dözümsüz şəraitin olması, həmən insanlarımızı partiyadan uzaqlaşmağa vadar etdi. Dözümsüz şərait, bu günə kimi də davam etməkdədir. Ömrünü Xalqın işinə həsr etmiş insanlarımız, şəraitin dəyişməsini, ideoloji-siyasi xəttdən sapmamağı, Milli Demokratik düşüncənin partiya daxilində mənimsənilməsinə nail olmaq istəyirlər.

Baş verənlər nədən, hardan qaynaqlanır?  

Görünən tərəfi; Heç də yeni olmayan bir təklifin, subyektiv bir fikir kimi deyilməsinə qarşı bu cür aqressiv, izyayındırma metodları ilə, təşşəbüs göstərən şəxsləri şübhə altına salma yolunu tutmaq, yaxşı hal deyil. Hətta partiyanın sənədlərində saxtalaşdırma aparmaqla. Utanc gətirən məsələdir. Belə xoşagəlməzliyin yaranmasına səbəb olanlar, görəsən nə qədər demokratdırlar, Rəsulzədə-Elçibəy yolçusudurlar!?  
6 müavindən 5-i və IH-in bir üzvü deyir ki: “Partiya, Rəsulzadə-Elçibəy yolunda deyil!, ”Partiyadaxili münasibətlərə, partiyalararası münasibətlərə aydınlıq gəlməlidir”. “Partiyadaxili demokratiya yoxdur, biz bunu bərpa etməliyik”. “KXCP qeyri-müəyyənlikdən çıxmalıdır” və s… Mirmahmud bəyi “müdafiə” edənlərsə, qarşı tərəf haqqında “Onlar bunu görməyəcəklər”, “Arzularına çatmayacaqlar”, “Onlar satqındırlar” və.s..”. Siz yaranmış mənzərəyə diqqət edin. Demokratlarla – “Biz demokratiya istəyirik!” deyənlərlə, demokratiya əleyhdarlarının “Siz bunu görməyəcəkisiniz!” deyənlərin mübarizəsi gedir. Iki tərəf var, Mirmahmud bəy də ortada yox. Bildiyimə görə, məzuniyyətdədir. Məzuniyyətdə olsa da, mətbuatda Mirmahmud bəyə rast gəlinir. Yəqin ki, Mirmahmud bəy baş verənlərdən xəbərsiz deyil. Bu cür münasibətlərin yaranması, bu kimi  normaya sığmayan qarşılıqlı davranma qaydaları partiyadaxili edarəetmə qüsurlarının nəticəsidir.

KXCP-də proseslərin sonluğu…

Sonluq demək olmaz. Problem son 12 ilin deyil, çoxdanın problemidir. KXCP-nin daxilində isə  bu kimi etiraz prosesləri olub. Bu və ya başqa formalarda. Təəsüflər olsun ki, bu kimi etiraz prosesləri, hər dəfə ciddi kadr itkisi ilə bitib, partiyanın, intelektual itikisinə, bazasının zəifləməsinə gətirib çıxarıb. Partiyada, söz, fikir azadlığı, həmən sözü deyənə, həmən fikri söyləyənə qədərdi. Dedinsə, vəssəlam, toplu-tüfəngli düşürlər üstünə. Ağına-bozuna baxmadan partiya üzvünə qarşı hər cür yaraşmayan sözlər işlədirlər. Nə bilim “Kimsə MTN-ə işləyir, xarici kəşfiyyata işləyir” və s. Onda sual olunur: “Bəylər, sizdə belə ”dəqiq” məlumatlar hardandı?!”. Yoxsa öz “iş” yerlərinizdən əldə etmisiniz?! Belə cavabsız sualların yaranmaması üçün, MTN-ə müraciət edib sual vermək lazımdır: “Cənablar! Siz, Millətə Təhlükə Nazirliyisiniz, yoxsa, Milli Təhlükəsizlik Nazirliyi?! Neçə illərdir yaşanmaqda olan bu cür partiya həyatı ilə, cahilliyin hökm sürdüyü cəmiyyət ilə  uzağa getmək mümkünsüz.
Bildiyimə görə, Mirmahmud bəy məzuniyyətə çıxıb. O, məzuniyyətdən gələnə qədər yeni yaranmış fraksiya çalışacaq ki, vəziyyət nəzarətdən çıxmasın. Bu qısa müddətdə fraksiyaçıların ortaya qoyduqları sənədlərdən də, sərgilədikləri mövqedən də, səmimi olduqları açıq görsənir. Fraksiyada kifayət qədər təcrübəli və savadlı insanlarımız var. Mirmahmud bəy məzuniyyətdən qayıtdıqdan sonra isə, məsuliyyət onun olacaq. Hələlik partiyada məsuliyyət Fraksiyanın üstündədir.