Gürcüstanın parlament seçkilərində qalib gəlmiş müxalif “Gürcü arzusu” kolaisiyasının lideri Bidzina İvanişvili ilk səfərini Vaşinqtona edəcək. Modern.az bildirir ki, bu barədə İvanaşvilli jurnalistlərə koalisiyanın iclasından sonra bildirib. Onun sözlərinə görə, bu gün ABŞ səfiri ilə görüşüb və ondan səfər üçün rəsmi dəvət alıb.
İvanişvili deyib ki, Amerikaya prezident seçkilərindən sonra gedəcək. O həmçinin bildirib ki, “Rusiyadan onu heç kim təbrik etməyib və Moskvaya hər hansı görüşə dəvət edilməyib”.
“Mənim ilk səfərim bizim strateji partnyorumuz olan Vaşinqtona olacaq”-deyə İvanişvili bildirib.