Qida məhsulları istehsalında ciddi azalma

Vahid Məhərrəmov

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-mart aylarında qida məhsullarının istehsalı 7,2 faiz azalıb. Xarici ticarətin gömrük statistikasına əsaslanaraq demək olar ki, ölkədə yeyinti məhsulları istehsalı ilbəil azalır. Ölkə əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşdüyü bir zamanda yeyinti məhsulları idxalı artmaqda davam edir. Bu ilin birinci rübündə yeyinti məhsulları idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14 faiz, 2013-cü ilin yanvar-mart ayları ilə müqayisədə isə 34 faiz artmışdır. “Xarici bazar axtarışında” olan lovğa hakimiyyətin fəaliyyətsizliyi nəticəsində daxili bazar yavaş-yavaş əcnəbi tacirlərin, ərzaq istehsalçılarının əlinə keçir. Son beş ildə, yəni 2012-2017-ci illər ərzində yeyinti məhsullarının idxalı dəyər ifadəsində 1 milyard dollardan 1 milyard 400 miyon dollara qədər artmışdır.
Bu və digər sahələrdə vəziyyətin belə ağır hal alması birbaşa hakimiyyətin qeyri-peşəkarlığı və məsuliyyətsizliyi ilə bağlıdır. Bu hakimiyyət ölkə inkişafının qarşısında çiləkənə dönüb. Təmizlənməsə faydası yoxdur.