“Sumqayıt Kimya Sənaye Parkı” böyük zərərdə

“Marja” xəbər verir ki, MMC 2017-ci ili 17 milyon 880 min manat zərər ilə başa vurub. MMC 2016-cı ili 19 milyon 743 min manat zərər ilə bağlamışdı.

2016-cı ildə Parkın gəlirləri 391 min 612 manat ikən, 2017-ci ildə 445 min 915 manata qalxıb. Ötən il MMC-nin əməliyyat xərcləri isə 18 milyon 373 min manat təşkil edib.

“Sumqayıt Kimya Sənaye Parkı” dövlət investisiyaları hesabına fəaliyyət göstərir. Dövlətin MMC-yə investisiyaları 195 milyon 19 min manata çatıb. Yığılmış zərər bu investisiyaların bir hissəsini silib və cəmi kapital ötən ilin sonunda 128 milyon 825 min manat təşkil edib. Parkın yığılmış zərəri 66 milyon 693 min manata çatıb.