Ruslar “Nuhun Oteli”ni tikir (FOTOLAR)

Rusiya mühəndisləri gələcəyin otelinin dizaynını hazırlayıblar. Rusiya KİV-in məlumatına görə, “Remistudio” adlı şirkətin hazırladığı otel gələcəkdə baş verəcək sel və fəlakətlər zamanı insanları qoruyacaq (Lent.az).
Beynəlxalq Memarlar Cəmiyyəti üçün hazırlanmış “Nuhun Oteli” adlı dizayna görə, otel istənilən şəraitdə insanlara yaşamaq imkanı verəcək. Otel enerjini külək, günəş və dalğalardan alacaq. Alt mərtəbələrdəki bağçalarda isə meyvə və bostan yetişdiriləcək. Hərəkətli otelin tikintisinə yaxın vaxtlarda başlanacaq. Oteldə ən azı 1000 nəfərin yaşaması nəzərdə tutulur.