Gülər Əhmədovanın mandat məsələsinə sabah baxılacaq

Gülər Əhmədovanın deputatlıqdan könüllü imtina etməsi barədə müraciətə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən baxılacaq vaxt açıqlanıb.
MSK-dan APA-ya verilən məlumata görə, müraciətə oktyabrın 3-də saat 15.00-da baxılacaq.
Xatırladaq ki, G.Əhmədova mandatdan könüllü imtina ilə bağlı Milli Məclisin sədrinə müraciət edib, MM isə müraciəti qanuna uyğun olaraq baxılması üçün MSK-ya göndərib.