Gürcüstan Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələri ilə bağlı növbəti rəqəmləri açıqlayıb. Lent.az-ın Tiflisdə olan müxbiri Səbuhi Məmmədlinin verdiyi xəbərə görə, artıq bülletenlərin 10 faizi sayılıb və məlum olub ki, müxalif “Gürcü arzusu” siyasi bloku hakim partiya Vahid Milli Hərəkat Partiyası ilə faradakı fərqi artıraraq, 57,2 faiz səslə öndə gedir. Saakaşvilinin partiyası 38 faiz səslə ikincidir.
Bu göstəricilər proposional sistem üzrə səsverməyə aiddir.
Majoritar dairələrə gəlincə, Vahid Milli Hərəkat Partiyasının mətbuat xidmətinin rəhbəri Çiora Taktakişvili bəyan edib ki, bu dairələrin 53-də qalib gəliblər və bu, partiyanın parlamentdə mütləq üstünlük qazanacağına dəlalət edir.