Yerevan sakinləri yenidən küçələrə axışdılar VİDEO

Ermənistan mətbuatı xəbər verir ki, Daşnaksütyun Partiyası Respublikaçılar Partiyası ilə birlikdə qurduğu hakim koalisiyadan çıxdığını bəyan edib.

Partiyanın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub: “Ermənistandakı vəziyyəti nəzərə alaraq, siyasi koalisiyadan çıxdığımızı bəyan edirik”.

***

Parlamentdə təmsil olunmayan İrs partiyası da “Xalqla birlikdə olmağa” çağırıb. Bu partiyanın lideri Raffi Hovannisian 2013-cü ilin prezident seçkisində ikinci yerə çıxıb.

Sosial demokrat Hunchakian partiyası da baş nazir vəzifəsini icra edən Karapetian-ı “istefa verməyə, parlament çoxluğunu xalqın namizədini baş nazir seçməyə məcbur etməyə çağırıb”

Parlamentdəki müxalif Yelk fraksiyasının üzvü Edmon Marukian isə deyib ki, Pashinian-ın baş nazirliyə namizədliyini irəli sürməyə parlamentdə yetərincə səs var.

105 yerlik parlamentdə baş nazirliyə namizədin irəli sürülməsindən ötrü azı 27 səs lazımdır. Yelk partiyasını parlamentdə doqquz deputat təmsil edir, müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyasının (BHK) isə 31 yeri var.

Ermənistan parlamentində sayca ikinci siyasi qüvvə – “Tsarukyan” parlament fraksiyasının rəhbəri, Firavan Ermənistan Partiyasının lideri, erməni oliqarxlarından biri Qaqik Tsarukyan öz partiya üzvlərini “küçəyə çıxmağa, xalqın yanında olmağa” çağırıb.

“Partiyanın lideri Qaqik Tsarukyanın ümumxalq etiraz dalğasına qatılmaq çağırışına və partiya liderinin xalqla bir olduğu haqda bəyanatını nəzərə alaraq, Yerevan və ölkənin bütün bölgələrində partiya üzvlərini səfərbər olub, küçəyə çıxıb xalqın yanında olmağa çağırırıq”, – Firavan Ermənistan Partiya Siyasi Şurasının bəyanatında deyilir.

Ermənistanın ən varlı biznesmenlərindən olan Qaqik Tsarukyanın öz doğma Kotayk vilayətində böyük nüfuzu var. Tsarukyan öz vilayəti və Ermənistanın müxtəlif bölgələrində xeyriyyəçiliyi ilə tanınır.

Nümayişçilər Yerevanın Respublika meydanına toplaşırlar. Tələbələr dərsləri boykot edib itaətsizlik aksiyalarına qoşulurlar.

Etiraz hərəkatının fəalları hamını yenidən axşamlar keçirilən mitinqlərə gəlməyə çağırırlar.

Bəzi küçələrdə polis texnikası, zirehli polis maşınları görünür.

***

Yerevanda Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Ermənistan Respublikaçılar Partiyasının siyasi səhnədən çəkilməsi tələbilə etiraz hərəkatının lideri Nikol Paşinyanın çağırışı ilə minlərlə insan yenə küçələrə çıxır.

Nümayişçilər Yerevanın Respublika meydanına toplaşırlar. Tələbələr dərsləri boykot edib itaətsizlik aksiyalarına qoşulurlar.

Etiraz hərəkatının fəalları hamını yenidən axşamlar keçirilən mitinqlərə gəlməyə çağırırlar.

Bəzi küçələrdə polis texnikası, zirehli polis maşınları görünür.

Ermənistanda yenidən itaətsizlik aksiyasına çağrılıb

Ölkənin keçmiş prezidenti Serj Sarkisyanın baş nazirlikdən istefası tələbilə etiraz hərəkatının lideri, Vətəndaş Müqaviləsi Partiyasının rəhbəri Nikol Paşinyan bu səhər tərəfdarlarını yenidən “itaətsizlik aksiyasına” çağırıb.

Nikol Paşinyan Facebook vasitəsilə video müraciət yayıb.

Onun sözlərinə görə, bu gün ölkənin baş nazir vəzifəsini icra edən Karen Karapetyanla aprelin 25-də nəzərdə tutulan danışıqlarda hakimiyyətin sarsıntısız təhvil verilməsi müzakirə olunmalı idi.

Nikol Paşinyan deyir ki, Serj Sarkisyanın istefasından sonra baş nazir vəzifəsinə xalqın nümayəndəsi seçilməli, bundan sonra müvəqqəti hakimiyyət yaradılmalı və mümkün qədər tez müddətdə növbədənkənar [ədalətli] parlament seçkiləri keçirilməli idi.