Hafiz Əsədin doğma kəndində də üsyan başladı

1970-ci ildə hərbi çevrilişlə iqtidarı ələ keçirən Hafiz Əsədin doğulduğu Kardaha kəndində də hakimiyyət əleyhinə etiraz aksiyalarına start verilib. Suriyalı yazıçı Samar Yazbəyin 5 ailə üzvünün hökumət qüvvələri tərəfindən öldürülməsindən sonra Əsədin doğma kəndində nümayişlər başlayıb. Rejim əsgərləri burada da keçirilən aksiyaya müdaxilə edib. 8600 əhalisi olan Kardaha kəndinə gedən yollar bağlanıb, bölgəyə girişi qadağan olunub.