Tramp: “Neftin qiyməti süni şəkildə yüksəldilib və bu, qəbuledilməzdir”

ABŞ prezidenti Donald Tramp Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEC-i neftin qiymətini süni şəkildə yüksəltməkdə ittiham edib.

D. Tramp bu barədə “Twitter“də yazıb. “Belə görünür ki, OPEC yenə bunu edir. Hər yerdə rekord miqdarda neft var, o cümlədən dənizdə tam yüklənmiş vəziyyətdə gəmilər dayanıb. Neftin qiymətləri süni şəkildə çox yüksəldilib. Burada yaxşı heç nə yoxdur və bu, qəbul edilməyəcək”, – deyə o, bildirib.

D. Tramp niyə belə fikirdə olduğunu izah etməyib.

 

(apa)