aliyevler-ailesi-yeni

Əliyevlərin pulları Avropada necə dolaşır?

aliyevler-ailesi-yeniDünyanın 17 kütləvi informasiya vasitəsi Azərbaycan rejiminin Avropadakı maliyyə cinayətlərinin təhqiqatı ilə bağlı şok faktlar yaymağa başladı…

(Yazı Fransanın Le Monde qəzetindən götürülüb)

Əvvəli:
https://www.azadliq.info/218186.html və ya https://bit.ly/2qOCt8y

…Bu arada Azərbaycandakı hakimiyyət adamlarının qohumları çox şübhəli şəkildə, bir- birinin dalınca Pilatus Banka pul yatırmağa başlayırlar. Maltanın Maliyyə Cinayətləri Agentliyi öz araşdırmalarında yazır ki, Azərbaycandan olan siyasi şəxslər bu pulların mənşəyi ilə bağlı yetərli sübutlar təqdim etməyiblər və bunların çirkli pul olmadığnın dəlilləri yoxdur. «Pulların hərəkəti tamamilə şübhəlidir, anonimlik adı altında saxta əməliyyatlar həyata keçirilib, çoxlu sayda hesabların olmasına baxmayaraq bu hesabların hamısına iki mənbədən giriş haqqı verilib, daxili bank köçürmələrindən çox istifadə edilib, yəni pulların eyni bankda birindən o birinə köçürülməsi şübhəli dərəcədə çoxdur». Buna baxmayaraq, o zamanlar hələ Pilatus -a fəaliyyətini davam etdirmək üçün lisenziya da verilir.

Azərbaycanlıların zənginliyi isə təəssürat yaradır. Məsələn, nazir olmasına baxmayaraq, Kəmaləddin Heydərov meyvə şirələrindən tutmuş, kimya sənayesi, spirtli işkilər, hətta pianino da istehsal edir və bütün bunlar Azərbaycandakı korrupsiyanın rəngini müəyyən edə bilir. Onun Nicat və Taleh adlı oğlanları da biznes adamlarıdır. Əlbəttə, bu yolun əsas yolçusu «Don Karleone» titulunu bərkitmiş Əliyevin klanıdır.

2014- cü ilin yayından başlayaraq Maltaya Azərbaycan şirkətlərinin axını qeydə alınır. Təqdim edilən səhmdarların izi isə Normand adalarına, Yeni Zelandiya ərazisinə qədər gedib çıxır, həmin yerlərdə isə bu şirkətlərin «kukla» menecerlərinin İngiltərə və Avstriya vətəndaşı olan ruslar olduğu görükür. Cəmi bir neçə il ərzində bu şirkətlərin Avropa ərazisində on milyonlarla avro investisiya yatırdıqları bəlli olur. Marbelyedə 3,9 milyonluq dəbdəbəli malikanə, İspaniyada xudmani dənizkənarı kurort, Gürcüstanda 2 milyon avroluq otel kompleksi və… Fransa fabriklərinə yatırılan bir neçə milyon avro… Kefləri necə istəyirsə, elə də hərəkət edirlər.

Nicat və Taleh Heydərovlar Fransada anlaşılmaz əməliyyatlar yolu ilə şirkətlər əldə edirlər. Bu əməliyyatlardan isə şirkətlərin menecerləri və işçiləri xəbərsiz olurlar. Məsələn, çini qablar istehsal edən JL Coquet et Jaune de Chrome, yüksək standartlı yataq ağları istehsal edən D. Porthault kimi iri istehsal sahələrinin taleyi belə gətirib. Azərbaycanlı milyarder ailəsinin Fransada aldığı, 180 nəfər personalın çalışdığı şirkətlər 2014 və 2015- ci illərdə satılıb. Həmin ərəfədə bu şirkətlər dövlətə verilən hesbatlarda bankrot elan edilib, sonra isə onları Lüksemburqda və Maltada olan yeni sahibləri idarə etməyə başlayıblar. Alqı- satqı prosesini isə Heritage Collection qrupundan olan Filipp Nquyen adlı iş adamının vasitəsilə həyata keçiriblər. Əlbəttə, alqı- satqı prosesində həqiqi səhmdarların adları gizlin saxlanılıb, amma araşdırıb üzə çıxarmaq mümkün olub ki, bu yeni səhmdarlar Kəmaləddin Heydərovun Nicat və Taleh adlı övladlarıdır. Niyə onlar Fransaya daşıdıqları bu pulları Malta üzərindən köçürüblər, həm də istəməyiblər ki, öz adları hallansın? Axı, bu adamların bu qədər pulu hardan əmələ gəlir? Bu sual Fransadakı banklardan birini məşğul edib, onlar da özlərini narahat edən bu pul axını haqqında Maliyyə kəşfiyyatına sorğu veriblər. Sorğu o ərəfədə verilib ki, Lüksemburq üzərindən növbəti 500 milyon avro köçürülüb. Amma o zaman bu maliyyə əməliyyatına bəraət qazandıran hansısa sənədləri təqdim ediblər və söhbət ölüb.

Filipp Nquen bu məsələlər barədə Le Monde-un suallarına cavab verməyib. Şirkətin vəkili də cavab verməməkdə israrlı olub. Vasitəçilərin vəkilləri də müştərilərinin Azıərbaycanlılar üçün işlədiklərini boyunlarına almaqdan imtina ediblər. Deyiblər ki, «bizim müştərilərimiz çirkli pulların yuyulması ilə və ya buna bənzər başqa şübhəli işlərlə məşğul olmurlar». Amma hər halda Nicatın və Talehin vəkilləri təsdiq ediblıər ki, onların müvəkkilləri öz pullarını Maltadakı Pilatus Bankda saxlayırlar». Buna baxmayaq, israr ediblər ki, bu pullar çirkli deyil, şirkətlərin apardığı əməliyyatlarda da şübhəli bir şey yoxdur. Bəzi investisiyaların anonimliyinin qorunmasını isə investorların təhlükəsizlik istəkləri ilə izah ediblər. Nicatın və Talehin atası pullarının korrupsiya mənşəli olduğunu inkar edərək «Azərbaycan beynəlxalq aləmdə ən hörmətli dövlətlərdən biridir» şəklində yekunlaşdırıb. Əliyev ailəsindən isə sualların heç birinə cavab verilməyib.

Çini mallar istehsal edən J.L. Coquet fabrikinin meneceri Christian Le Page isə «heyrətdən sarsılaraq» belə cavab verib ki, o hələ 3 il bundan əvvəl buna bənzər suallara cavab verib. «Fars körfəzindən, Özbəkistandan aksionerlər var, amma Azərbaycandan olanlar yoxdur». Gerçəyi bu qədər gizlətmək nəyə lazım imiş, anlaşılmır. Bu anlaşılmazlıqlara baxamayaraq həmin gerçəklər Əli Sədrin Amerikada həbs edilməsindən sonra üzə çıxmağa başlayır. 5 ölkənin pasportunu cibinə qoyub bütün dünyada rahatca səhayət edən Əli Sədr Vaşinqton tərəfindən həbs ediləndən sonra. Bu həmin gün idi ki, Pilatus bankın sabiq əməkdaşı Mariya Yefremova Maltadakı istintaqın əlindən qaçaraq Yunanıstanda polisə təslim olmuşdu. Yunanıstanda isə 3 həftə araşdırma apardılar, Yefremovanın heç bir cinayətinin olmadığını üzə çıxararaq onu sərbəst buraxdılar.

Əli Sədri isə bu cür güzəştlər gözləmir deyəsən. Amerika federallarının ona qarşı ittihamları arasında əsas yeri bu tutur ki, Əli Sədr atası,- İranda tikinti, bank və neft sektorunda böyük layihələrə müəlliflik edən Strauss adlı şirkəti ilə İranın Bill Qeytsi adlanan Məhəmməd Sədr Haşemi Nejatın maliyyə maxinasiyalarında hansı yollarla vasitəçi olub. Bu, Amerikadakı prokurorun rəsmən irəli sürdüyü ittihamlardan biridir. İttihamlarda göstərilir ki, Əli Sədr 2011-2013- cü illər ərzində Venesuelada atasının Straus adlı şirkətinin vasitəçisi olaraq Neft Şirkəti üçün 115 milyon dollarlıq 7000 ev tikib. Bu sxem ofşor şirkətlər vasitəsilə və Amerikanın bank sistemini istifadə edərək həyata keçirilib. Əli Sədrin atası isə «Le Monde»-a müraciət edərək bildirib ki, bunlar doğru deyil, amerikanların «qəsdidir»: «O pullar heç zaman İrana daxil olmayıb, həmişə xaricdə təkrar investisiyalar kimi istifadə edilib. Straus şirkətinin vəkili suallarımıza cavab verməyərək Amerikanların ittihamını «bankirin nüfuzunu zədələmək üçün düşünülmüş manipulyasiya» adlandırıb.

Əli Sədr Maltada bu qədər rahatlıqla necə bank qura bilərdi ? Baxmayaraq ki, burası hər halda Avro-zonadır, üstəlik, yerli hakimiyyət bu şəxsi amerikanların təqib etdiklərini bilirdilər. Avropa Mərkəzi bankı Malta hökumətinin verdiyi yerli qərarlara görə Pilatus Bankın fəaliyyətinə nəzarət etməyib. Maltada Çirkli pulların yuyulmasına qarşı Mübarizə agentliyi isə israr edirdi ki, onlar həmişə gərəkli yoxlamaları aparıblar.

Hər halda, indi vəziyyət belədir ki, Malta hökuməti Pilatus bankın fəaliyyətini dondurrmağa məcbur olub. 2016- cı ilin sonlarında 300 milyon dollarlıq aktivləri olan bankın fondunda qalan 126,9 milyon avro üzərində həbs qoyulub…

azadliq.info