Gülər Əhmədova danışdı

“Sıra Elşad Abduillayevdədir. Qoy, bu, məktublaşma və videolaşma oyununu dayandırıb, istintaqa gəlsin”

“Mən heç yerə getməmişəm, Bakıdayam, evimdəyəm. İstintaqa kömək məqsədilə deputatıq mandatından könüllü imtina etmişəm. Sıravi vətəndaş kimi ölkədə yaşamağa davam edirəm”.

Bu sözləri APA-ya açıqlamasında Gülər Əhmədova ölkədən qaçması barədə məlumatlara münasibət bildirərkən deyib. G. Əhmədova Elşad Abdullayevin istintaqa gəlməsini və məsələlərin hüquqi müstəvidə araşdırılmasını gözləyir: “İndi sıra Elşad Abduillayevdədir. Qoy, bu, məktublaşma və videolaşma oyununu dayandırıb, istintaqa gəlsin, bütün suallara hüquq müstəvisində aydınlıq gətirilsin”.