Əhmədinejad Bakıya gəlir

İran Prezidenti Mahmud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Məlumata əsasən, səfər oktyabrın 13-14-nə nəzərdə tutulub. Səfər zamanı İran Prezidentinin Azərbaycan rəhbərliyi ilə görüşü də gözlənilir.