Rusiya ilə Ermənistan hava hücumundan birgə müdafiə olunacaq

Rusiya və Ermənistan hökumətləri Qafqaz kollektiv təhlükəsizlik regionunda Birləşmiş regional HHM sisteminin şəxsi heyəti və vəsaitləri barədə ortaq məxrəcə gəlib.

RİA Novosti xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Hava-Kosmik Qüvvələri komandanının birinci müavini, general-leytenant Pavel Kuraçenko açıqlama verib.

“Ermənistan və Rusiyanın Qafqaz kollektiv təhlükəsizlik regionunda Birləşmiş regional HHM sistemi üçün ayırdığı qoşunların siyahısı imzalanıb”, – deyə Kuraçenko bildirib.