42 yaşlı lənkəranlının qulağını kəsdilər

Lənkəran sakini bıçaqlanıb.

Hadisə rayonun Ləj kəndinin ərazisində qeydə alınıb. Həmin kəndə qonaq gedən Girdəni kənd sakini, 1976-cı il  təvəllüdlü Vaqif Balaxan oğlu Əliağayev qayıdarkən yolda tanımadığı şəxslərlə mübahisə edib. Sonradan düşən dava zamanı V. Əliağayevin qulağı kəsilib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilk tibbi yardım göstərilib.