Günəşi içənlərin türküsü

(“Bazar oxuları” – 2)
Dünən Azərbaycanın dəyərli gənclərindən Zaur Qurbanlını oğurladılar. Bəli, məhz oğurladılar, çünki buna həbs demək çətindir, mən bu sətirləri yazarkən onun saxlanılmasından artıq 7 saat keçmişdi, amma hələ də harda olduğundan bir xəbər yox idi. Heç bir bilgi vermirdilər. 21-ci əsrdə bundan böyük insanlıq və huquq ayıbı ola bilərmi?
Mən bir az da yaptokratların bu mənasız, yersiz inadkarlığına heyrət edirəm, 19 ildir görə-görə gəlirlər, görürlər ki, həbslər toplumun müqavimətini qıra bilmir, onu tamamən susdurmağa, təslim olmağa yetmir, amma yenə də tuthatutlardan, reprssiyalardan vaz keçmirlər. Onsuz da müqəddəs yer boş qalmır. Hər həbs yenilərini mübarizəmizə qoşur. Rejimin pisliyi özünə qalır.
Elə isə nə ehtiyac var bu sifarişli, qanunsuz həbslərə? Nədir bundakı israr, inad? Deməli, biz doğru fikirləşirik: repressiya irticanın ayaqda qala bilmək üçün iki ciddi səbəbindən biridir (digəri korrupsiya!). Başqa cür varlıqlarını sürdürmək imkanları yoxdur. Başqa cür sadəcə, bacarmırlar.
Mən bu bazar Nazim Hikmətdən yazmağı planlaşdırmışdım əvvəlcədən. Zaurun oğurlanması bu istəyimi bir az da alovlandırdı.
Nazim də repressiyaların adamı idi. Onun şeirləri məni ən ümidsiz, ən yorğun, ən dalğın, ən kədərli vəziyyətlərdən çıxarıb. Mən Nazim şeirlərindən çox şey öyrənmişəm: müdafiə etdiyin dəyərlərə içdən bağlılığı, dönməzliyi. Ən ağır anlarda belə ümidini qoruyub saxlamağı.
Bəlkə də Nazim dünyanın tək-tük şairlərindən biridir ki, özü haqqında ən dəqiq tanıtımı elə onun özü yazıb:
Ben bir insan,
ben bir Türk şairi Nazım Hikmet
ben tepeden tırnağa insan
tepeden tırnağa kavga, hasret ve ümitten ibaret…
Nazim kommunist idi, amma mən ona ideologiyasından asılı olmayaraq, insanlıq, ədalət, bərabərlik, azadlıq uğrunda bütün mübarizələrin şairi kimi baxıram.
Həyatı boyunca 11 dəfə yarğılanıb. 1938-də həbsə atılanda isə ona 28 il həbs cəzası verildi. Onun 12 ilini dəmir barmaqlıqlar ardında keçirdi. Çətin məsələdir. Təsəvvür etmək belə ağırdır. Bir insan dəyanətinin, dirənişinin ölçüsüzlüyü adamı heyrətə gətirir.
Onun həbsxana şeirləri və oradan yazdığı məktublar bir insan dirənişinin, bir insan yenilməzliyinin, bir insan ümidinin ən gözəl ifadəsidir.
Bir neçə il əvvəl onun həbsxana illərindən bir film çəkildi: “Mavi gözlü dev”. Baxmağı məsləhət görürəm.
1950-ci ildə əfv edildikdə bu dəfə öldürüləcəyinə dair xəbərlər çıxdı və ondan sonra Nazim çox sevdiyi məmləkətini, Istanbulu qoyub Moskvaya qaçmalı oldu. Həyatının sonunadək məmləkətinin həsrətini anlatmağa çalışdı şeirlərində. O şeirlər Nazimi 20-ci əsr dünya şeirinin klassiklərindən birinə çevirdi.
Memleketim, memleketim, memleketim,
ne kasketim kaldı senin ora işi
ne yollarını taşımış ayakkabım,
son mintanın da sırtımda paralandı çoktan,
Şile bezindendi.
Sen şimdi yalnız saçımın akında,
enfarktında yüreğimin,
alnımın çizgilerindesin memleketim,
memleketim,
memleketim…
Ôêâardı var səh 13

Əvvəli səh 4
Bu günlərdə Türkiyədə yasaq kitabların siyahısı açıqlandı, bəlli oldu ki, orada hələ də Nazimin bütün külliyyatı var. Xeyli utandım. Biz də burada tez-tez yazırıq ki, hansısa repressiya, həbs, siyasi hücum olanda Qərb diplomatlarından, təşkilatlarından fərqli olaraq Türkiyə səfirliyi niyə susur, niyə bir dəfə də narahatlıq bildirmir. Nazim Hikmət şeirlərindən hələ də qorxulduğu, o şeirlərin yasaq sayıldığı bir ölkədən, onun səfirliyindən azadlıq, demokratiya mücadiləsinə ufacıq dəstək gözləməkdən böyük abdallıq ola bilərmi?
Bəlkə başqa vaxt olsaydı, Nazim haqqında bu yazını da başqa ruhda, ovqatda yazardım.
Amma gənc dostumuzun oğurlanması, taleyindən xəbərsizlik bir az başqa tona yükləndirdi yazını. Bəlkə heç uzun-uzadı yazmağa da ehtiyac yox idi, yenə elə Nazimin insanı mübariz, nikbin ovqata kökləyən bir şeiri – “Günəşi içənlərin türküsü” ilə həm onun özünü, həm də şeirlərinin bizə verəcəyi ruhu, aşılayacağı əzmi, inadı, ümidi daha gözəl, daha dəqiq anlatmaq olardı.
Bu, o şeirdən bir parçadır, sadəcə, bir parça. Amma mən indi istəyirəm bu gün hamı o şeiri – Nazimi və bizim davamızı anladan, bu davanın mutlu sonunu anladan bu şeiri tapsın və oxusun. Bir-biri ilə paylaşsın. Bir-birinə bu şeirin misraları ilə xitab etsin.
Düşmesin bizimle yola:
evinde ağlayanların
göz yaşlarını
boynunda ağır bir
zincir gibi taşıyanlar
Bıraksın peşimizi
kendi yüreğinin kabuğunda yaşıyanlar!
Işte:
Şu güneşten düşen ateşte
milyonlarla kırmızı yürek yanıyor!
Sen de çıkar
göğsünün kafesinden yüreğini;
şu güneşten düşen ateşe fırlat;
yüreğini yüreklerimizin yanına at!
Akın var güneşe akın
Güneşi zaaptedeceğiz
Güneşin zaptı yakın!
Biz topraktan, ateşten, sudan, demirden doğduk!
Güneşi emziriyor çocuklarımıza karımız,
toprak kokuyor bakır sakallarımız!
Neşemiz sıcak!
kan kadar sıcak
delikanlıların rüyalarında yanan
o “an” kadar sıcak!
Merdivenlerimizin çengelini yıldızlara asarak
ölülerimizin başlarına basarak
yükseliyoruz güneşe doğru!
Ölenler
dövüşerek öldüler;
güneşe gömüldüler.
Vaktimiz yok onların matemini tutmaya!
Akın var güneşe akın
Güneşi zaaaptedeceğiz
Güneşin zaptı yakın!