ABŞ Suriyanı yeni zərbələrlə hədələdi

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının iclasında Suriyanı yeni raket zərbələri ilə hədələyib.

ABŞ rəsmisi bildirib ki, əgər növbəti dəfə kimyəvi silahdan istifadə qeydə alınsa, prezident Donald Tramp Suriyaya yeni zərbələrin endirilməsi barədə əmr verməyə hazırdır.

“Prezident dedi ki, əgər növbəti hücum (kimyəvi silahdan istifadə-red) olsa, biz hərəkət etməyə hazırıq”, – deyə o bildirib. N. Heyli xəbərdarlıq edib ki, kim ABŞ prezidentinin “qırmızı xətti”ni keçməyə çalışsa, o, hərəkət edir.

Azadliq.info