Əhməd Davudoğlu: “Türkiyə sərhədlərindəki vəziyyətə nəzarət edəcək qüdrətə sahibdir”
Ötən gün Suriya ərazisindən atılan top mərmisi Türkiyənin Şanlıurfa vilayətinin Suriya ilə həmsərhəd Akçakale qəsəbəsinə düşüb. “CNN Türk”-ün xəbərinə görə, partlayış nəticəsində dağıntı olsa da, ölən və yaralanan olmayıb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu olayla əlaqədar Suriyaya etiraz notası göndərdiklərini bildirib.
Nazir BMT tribunasından çıxışı zamanı bildirib:“Akçakale və digər sərhəd rayonlarında bütün təhlükəsizlik tədbirləri görülüb. Hadisə haqqında BMT və NATO-nu məlumatlandırdıq. Sərhədlərimizin pozulmasına qarşı əks tədbirlər görmək hüququmuz var. Türkiyə sərhədlərindəki vəziyyətə nəzarət edəcək qüdrətə sahibdir”.