Qobustanda 32 yaşlı kişi özünü asıb

Qobustan rayonunda intihar hadisəsi baş verib.

 

APA-nın xəbərinə görə, Qobustan rayonu Təklə kənd sakini, 1986-cı il təvəllüdlü Alıyev Kamil Gülhüseyn oğlu Qobustan şəhərində yaşadığı evin həyətində ağacdan özünü kəndirlə asaraq intihar edib.

 

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.