Sumqayıtda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Sumqayıtda piyadanı avtomobil vurub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 9-da saat 10 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakini Tariyel Xəlilov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Vidadi Rəsulovu vurub və nəticədə piyada hadisə yerində ölüb.