Bu gün səhər saatlarında Sumqayıtda yolu təmizləyərkən avtomobilin vurub öldürdüyü deyilən şəxsin kimliyi bəlli olub. Sumqayıt Şəhər Yol Polisi Şöbəsinin yaydığı məlumata görə, həmin adam şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşı Vidadi Rəsulovdur. O, yol kənarındakı ağacların sulanması ilə məşğul imiş və Koroğlu küçəsində keçid olmayan yerdən yolu keçərkən 99 LS 332 dövlət nömrə nişanlı, “Opel” markalı avtomobil tərəfindən vurulub. Avtomobilin sürücüsü Taryel Xəlilov hadisədən az sonra Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaq orqanlarına təhvil verilib. Hazırda hadisə ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.
***
Sumqayıt şəhərində süpürgəçi kişini avtomobil vuraraq öldürüb.
“Report”un məlumatın görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.
Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.