“Gülər Əhmədovanın yaşadığı ünvandan 28 sentyabra keçən gecə saat 4:45-də, günorta 15: 55-də, axşam 17:17-də çağırış qəbul olunub. Həkim son olaraq 17:57-də mənimlə əlaqə saxlayaraq xəstənin insult keçirmədiyini, sadəcə nevrotik reaksiyası olduğunu bildirib. Bu reaksiya da baş verən hadisə ilə bağlıdır”- bu sözləri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bizimyolinfo.com saytına deyib.
M. Həmidov qəzetimizə deyib ki, G.Əhmədovanın vəziyyəti ağır deyil. Həkim xəstənin klinikaya yerləşdirilməsinə ehtiyac görməyib. “Saytların Gülər Əhmədovanın Neftçilər Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumatları yalandır”- baş həkim deyib.