Lənkəranda qəza 6 nəfərin ölümünə səbəb oldu

Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.

Qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə “Shacman” markalı yük maşını ilə “VAZ-21015” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.