Seçki ayının xəbər başlıqları

Növbədənkənar prezident seçkisi yaxınlaşır. Qəzetlərin və saytlarınsa başlıca mövzusu mühacirlərdir. Azərbaycanda söyüş siyasətinin banisi olanlar bu gün ona qarşı səfərbər olunublar. Dünən elədiklərinin bir gün bumeranq kimi özlərinə qayıdacağını yalnız indi anlayıblar. Əli Həsənovun media komandası bu işdə ən mobil qüvvə rolunu oynamağa çalışır. Düzdür, burada Əli müəllimin xidmətləri az deyil. O, qrant, ev verdirdiyi jurnalistləri öz ətrafında səfərbər edərək prezidentə sədaqətli olduğunu sübut etməyə çalışır. Alınacaqmı? Ancaq kampaniya pis getmir. Son çağlar geniş istifadə olunan başlıqları təqdim edirik:

Hikmət Babaoğlu: Radikal dindarlarla Milli Şura üzvləri eyni mərkəzdən təlimat alırlar

Bəxtiyar Sadıqov: Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur, lakin söyüş və təhqir azadlığının qarşısı alınmalıdır

Əflatun Amaşov: Məqsədləri cəmiyyətdə bölücülük yaratmaq, vətəndaşlar arasında münasibətləri pozmaqdır

Əli Həsənov: Növbədənkənar seçkilərin keçirilməsi haqqında sərəncam Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur

Əli Həsənov: Anti-Azərbaycan qüvvələrin məqsədi ölkədə qarşıdurma yaratmaq və sabitliyi pozmaqdır

Əli Həsənov: Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir

Əli Həsənov: Azərbaycanı söyməklə komfortlu yaşayışı təmin etmək insanlıq simasını itirmək deməkdir

Əli Həsənov: Erməni separatizminin kökləri daxildən deyil, xaricdən qaynaqlanır

Əli Həsənov: KİV-lər diqqətli olmalıdır ki, Seçki Məcəlləsinin tələbləri pozulmasın

Əli Həsənov: Maliyyə mənbəyi məlum olmayan, hamıdan yaxşı yaşayan partiya nümayəndələrinin tənqid etməyə, ittiham etməyə haqları yoxdur

Əli Həsənov: Ölkədən qaçan şəxsləri xaricdə Azərbaycana qarşı təlimatlandırırlar

Əli Həsənov: Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz

Əli Həsənov: Sülh danışıqları nəticə verməsə, Azərbaycan öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək

Əli Həsənov: Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları ilə bağlı hüquqi prosedurlara başlamaq niyyətindəyik

Əli Həsənov: Azərbaycan 2018-ci ili də uğurla başa vuracaq

Əli Həsənov: Məqsədləri birinci şəxs və komandasının imicini zədələməklə, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmaqdır

Əli Həsənov Azərbaycana qarşı məkrli planı deşifrə etdi – sensasion açıqlamalar

Yaqub Mahmudov: Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır

PA rəsmisi: Azərbaycanda yaşayan ermənilərlə azərbaycanlılar arasında heç bir münaqişə yoxdur

SORĞU: Əhalinin böyük əksəriyyəti İlham Əliyevə səs verəcək

Şirvanlılar “İlhamla İrəli” deyir!

Nizami Cəfərov: Cənab İlham Əliyevin siyasətinin uğurları prezident seçkilərinin nəticələri əvvəlcədən şərtləndirir

Hadı Rəcəbli: Milyonlarla insanın amalı budur ki, İlham Əliyev yenə də dövlət başçısı seçilsin və Azərbaycanın inkişafı bundan sonra da davam etsin

Vüqar Rəhimzadə: Bütün sərhədləri, etik normaları aşaraq əxlaqsızlıq nümayiş etdirirlər

Siyavuş Novruzov: Bu gün Azərbaycanda olan azadlıq heç bir ölkədə yoxdur

“İki sahil”: “Milli Şura” və radikal dindarların məqsədi ölkəni döyüş poliqonuna çevirməkdir

Oqtay Əsədov: Böyük dövlətlər öz məqsədləri üçün erməni amilindən həmişə istifadə ediblər

A.Aşırlı: Sosial şəbəkələrə ölkəmizə qarşı çirkin kampaniya aparanların məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır

Nuşirəvan Məhərrəmli: Xaricdən sosial şəbəkələr vasitəsilə anti-Azərbaycan kampaniyası aparanların məqsədi ölkədə sabitliyi pozmaqdır

Yunus Oğuz: Hay-küy salmaqla Azərbaycan dövlətini yolundan sapdıra bilməyəcəklər.

Azadliq.info