Fransada yaşayan iki azərbaycanlı güllələnib, onlardan biri ölüb VİDEO

Fransada yaşayan iki azərbaycanlı güllələnib.

Hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.

Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.

Güllələnən Rahim Namazovun vəziyyəti ağırdır, arvadı isə xəstəxanada ölüb. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.