ABŞ: “Rusiya Skripala hücum təşkil etdiyini etiraf etməlidir”

Moskva Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripalın zəhərləndirilməsində məsuliyyət daşıdığını etiraf etməlidir. Bunu Dövlət Departamentin rəsmi nümayəndəsi Xezer Nauert bildirib:

 

“Rusiya hökuməti ilə danışıqlara qapı açıqdır, lakin əgər Rusiya münasibətləri yaxşılaşdırmaq istəyirsə, ilk növbədə, bu hücuma görə məsuliyyət  daşıdığını etiraf etməlidir, düşüncəsiz və aqressiv davranışa son qoymalıdır”.