Elçin Behbudov adından yayılan məlumatı təkzib etdi

«Neçə ildi nə Əli Insanovla, nə də Fərhad Əliyevlə görüşürəm»

Bir neçə gün əvvəl mətbuatda Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovun həbsdə olan sabiq nazirlər Fərhad Əliyev və Əli Insanovla görüşməsinə dair məlumat gedib.
Hüquq müdafiəçisinə istinadə edərək Fərhad Əliyevin əfv ərizəsi yaza biləcəyi də bildirilib. Belə ki, E.Behbudov Əli Insanovun da, Fərhad Əliyevin də əfvlə bağlı müraciət etmək hüququnun olduğunu və Fərhad Əliyevin bu hüquqdan istifadə edəcəyi ehtimalının olduğunu deyib. Lakin “Azadlıq”a açıqlamasında E.Behbudov belə bir görüşün baş tutmadığını və fikirlərinin təhrif olunduğunu bildirib. Artıq uzun illərdi cəzaçəkmə müəssisələrinə getmədiyini deyən hüquq müdafiəçisi onun adından yalan məlumatın yayıldığını qeyd etdi. O yalnız Fərhad Əliyevin əfv ərizəsi yaza biləcəyi ilə bağlı ehtimal irəli sürdüyünü və əlavə heç bir məlumatının olmadığını da bildirdi.

Fizzə